İşğal edilmiş Dağlıq Qarabağda qoşunların təmas xəttində erməni əsgəri ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu gün saat 11:50-də Dağlıq Qarabağın şərq hissəsində mina partlayışı nəticəsində 1998-ci il təvəllüdlü hərbi qulluqçu Ayk Xaçatryan ölüb.
Hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.
S.B.
www.oxu.az