Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qazaxıstanda Azərbaycan hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
Qazaxıstanın qərbindəki Mangistau vilayətində "Birlestik-2024" regional beynəlxalq təlimləri başlayıb. Tədbirdə azərbaycanlı hərbçilər də iştirak edirlər.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatından aydın olub.
Bildirilir ki, təlimlərə xarici ölkələrdən, həmçinin, Qırğızıstan, Tacikistan və Özbəkistan Silahlı Qüvvələri də qoşulub.
"Hərbi manevrlar Oymaşa poliqonunda, həmçinin Tokmak burnundan 2 km məsafədə dəniz sahəsində keçiriləcək. İyulun 8-dən 17-dək hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlayacaq və həyata keçirəcəklər", - deyə məlumatda bildirilir.
Təlimlərdə təxminən 4 000 hərbçi və 700-ə qədər silah və hərbi texnika iştirak edəcək.
"Taktiki epizodlar yerüstü və hava kəşfiyyatı qruplarının, dəniz xüsusi təyinatlılarının, ordu və cəbhə aviasiyası ekipajlarının, hərbi gəmi və katerlərin, artilleriya heyətlərinin, hücum və tank bölmələrinin iştirakı ilə oynanılacaq", - deyə nazirlikdən izah ediblər.
Təlimlər çərçivəsində, həmçinin, mədəni və idman tədbirləri keçiriləcək. Bundan əlavə, hərbi-tətbiqi idman növləri, taktiki oriyentasiya və ordu taktiki atışı üzrə yarışlar təşkil olunacaq.
Mənbə: TASS
Rəylər