Müdafiə nazirinin təsdiq etdiyi 2018-cı ilin hazırlıq planına uyğun olaraq ordunun raket və artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, təlimlərdə artilleriya bölmələri marş icra etmə, cəmləşmə rayonlarına çıxma, atəş və start mövqelərini tutma, döyüş atışlarının icrası və digər tapşırıqların yerinə yetirilməsi üzrə məşqlər edirlər.