Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ruhani sərt danışdı: “Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər”
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Qasım Süleymanini öldürməklə İranın unutmayacağı ağır bir cinayət törətdi.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, İran Prezidenti Həsən Ruhani Q.Süleymaninin ailəsi ilə görüşdə belə bəyanatla çıxış edib.
Onun sözlərinə görə, ABŞ-ın addımı İran xalqına qarşı ən pis cinayət kimi tarixdə qalacaq.
“Amerikalılar nə qədər böyük səhv etdiklərini başa düşmədilər. Bu cinayətin fəsadları təkcə bu gün deyil, sonrakı illərdə də özünü göstərəcək”, - deyə H.Ruhani əlavə edib.
O bildirib ki, İranın xaricdəki hərbi əməliyyatlarına cavabdeh olan SEPAH regionun, o cümlədən, İraq, Suriya, Yəmən, Livan və Əfqanıstan xalqlarının təhlükəsizliyinə xidmət edib.
H.Ruhani qeyd edib ki, Q.Süleymani olduqca istedadlı bir siyasətçi və strateq idi.
Xatırladaq ki, SEPAH-ın “Əl-Qüds” bölməsinin komandanı Q.Süleymani Bağdad hava limanına endirilən raket zərbələri zamanı öldürülüb.
Aqşin Kərimov
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Pakistandan Əfqanıstana hava hücumu: Çoxlu sayda ölən var
- ABŞ-nin Əfqanıstandakı əsas uğursuzluğunun səbəbi məlum oldu
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
- Əfqanıstanda dəhşətli yol-nəqliyyat hadisəsi 52 nəfərin həyatına son qoyub
- Əfqanıstanda mədən uçqunu: Onlarla insan yerin altında qalıb
Rəylər