Tərtər və Füzuli rayonlarında partlamamış hərbi sursat aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.
Məlumata görə, iyunun 11-də Tərtər rayonunun Cəmilli kəndi ərazisində 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və Şıxarx kəndi ərazisində 1 ədəd 122 mm-lik OF-56 top mərmisi aşkar edilərək götürülüb.
Füzuli rayonunun Qazaxlar kəndi ərazisində 1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi aşkar edilərək götürülüb.
www.oxu.az