Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad keçirilir.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.
Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.
PhotoStock.az-ın əməkdaşlarının hərbi paraddan hazırladıqları fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az