Çexiyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşüb.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.
N.O.