Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi “Facebook”da verdiyi canlı yayımda, Dağlıq Qarabağ münaqişəsinin hər hansı güc yolu ilə həllinin mümkün olmadığını bildirib.
Oxu.Az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
“Bəli, sərhədin Naxçıvan hissəsinə Azərbaycan silahlı qüvvələri cəmləşir, ancaq bu heç də vəziyyətin gərgin olduğu anlamına gəlməməlidir”, - deyə erməni hökumət başçısı bildirib .
Onun sözlərinə görə, statistik məlumatlar “atəşkəs rejiminin pozulması hallarının” o qədər də çox olmadığını göstərir.
Ermənistan baş naziri vurğulayıb ki, “Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz”.
“Ermənistan heç vaxt müharibəyə başlamayacaq, bunu hamı anlayır. Bununla belə biz, bu ssenariyə hazır olmalıyıq”, -deyə Paşinyan bildirib.
F.M.
www.oxu.az