11 
Dek
2018
15:09
175
25
2414
Virtual karabakh

Qasım Rzayi: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

11 Dek, 2018
15:09
2414

Qasım Rzayi: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 11-də Azərbaycanda səfərdə olan İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

General-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə ciddi təhdid təşkil etdiyini qonaqların diqqətinə çatdırıb.

İki dövlət arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Q.Rzayi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.

Görüşdə Azərbaycan və İran orduları arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.



www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri