Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat yeni qanun layihəsi təklif edir - ÖZƏL
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov informasiya təhlükəsizliyi ilə bağlı qanun layihəsinin qəbul edilməsini təklif edir.
Millət vəkili bu haqda təklifini Oxu.Az-a açıqlamasında səsləndirib.
Deputatın sözlərinə görə, belə bir qanuna ciddi ehtiyac duyulur.
“Bildiyiniz kimi, Azərbaycanda təhlükəsizliklə bağlı qanunvericilik var. Amma bu daha çox milli təhlükəsizliklə bağlıdır.
Bu baxımdan, belə hesab edirəm ki, bizdə həm də informasiya təhlükəsizliyi ilə bağlı ayrıca qanun olmalıdır.
Çünki ətrafımızda, dünyamızda çox mürəkkəb hadisələr baş verir, həmçinin, kibertəhlükəsizlik məsələləri ortadadır.
Odur ki, informasiya məsələləri ilə bağlı təhlükəsizliyi təmin etmək üçün məhz bu yöndə ayrıca qanuna ehtiyac var. Belə bir qanun mütləq şəkildə olmalıdır.
Onun da üzərində düşünülür”, - deyə, Ə. Amaşov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
"MŞ" teqi üzrə xəbərlər
- Zelenski Ukrayna Təhlükəsizlik Şurasının tərkibini dəyişib
- Mətbuat Şurasının seçkilərlə bağlı yaratdığı “qaynar xətt” fəaliyyətini başa vurub - YENİLƏNİB
- “Sumqayıt” klubunun Müşahidə Şurasının iclası keçirilib, sədr dəyişib - FOTO
- Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası keçirilib
- Diaspor Gənclərinin azərbaycanlı jurnalistlərlə ilk maraqlı debatı - VİDEO