Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gəncləri Milli Məclisə topladılar: yeddi saatlıq görüş başladı - YENİLƏNİB
Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin görüşü başlayıb.
Oxu.Az-ın xəbərinə görə, görüşdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak edirlər.
Görüşə bir sıra dövlət qurumlarının – komitə və nazirliklərin rəsmi şəxsləri qatılıblar.
Görüşü açan MM-in komitə sədri S.Novruzov bildirib ki, tədbir parlament və YAP rəhbərliyinin birgə təşəbbüsü ilə baş tutur.
Onun sözlərinə görə, görüşdə məqsəd gəncləri Azərbaycan parlamentarizmi, yüz yaşı başa çatmış Azərbaycan parlamentinin şərəfli tarixi və keçdiyi yolla tanış etməkdir.
Gənclərin cəmiyyətin aparıcı, avanqard hissəsi olduğunu deyən S.Novruzov onları sosial şəbəkələrdə fəal olmağa səsləyib:
“Sosial şəbəkələrdə müzakirələr, fikir mübadilələri apararkən ilkin mənbədən olan məlumatlara əsaslanılmalıdır. Burada ara söhbətlərinə yer verilməməlidir”.
10:26
Bu gün Milli Məclisdə (MM) parlament rəhbərliyi ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvlərinin görüşü keçirilir.
Oxu.Az-ın xəbərinə görə, görüşdə birinci vitse-spiker Ziyafət Əsgərov, vitse-spikerlər Bahar Muradova və Valeh Ələsgərov, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və digər şəxslər iştirak edirlər.
Görüşə bir sıra dövlət qurumlarının - komitə və nazirliklərin rəsmi şəxsləri qatılıblar.
Təxminən yeddi saat davam edəcək görüşdə hər üç vitse-spikerin müxtəlif məsələlər, mövzular üzrə geniş məruzəsi nəzərdə tutulur.
Bununla yanaşı, görüşə qatılması gözlənilənlər arasında Gənclər və İdman naziri Azad Rəhimov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev də var.
Hazırda görüş iştirakçıları MM-dəki Heydər Əliyev Muzeyi və parlamentin iclas zalı ilə tanış olurlar.
Kamil HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı