Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir müavini: Sentyabrda Rusiya Xəzər konvensiyasını təsdiq edəcək
Xəzər dənizində yeni Trans-Xəzər layihələrinin inkişaf etdirilməsi istiqamətində əməkdaşlığımızı davam etdirəcəyik.
Oxu.Az xəbər verir ki, bu sözləri Xarici İşlər nazirinin müavini Xələf Xələfov “Caspian Energy” forumunda çıxışı zamanı deyib.
O bildirib ki, sentyabrda Rusiya Dövlət Duması Xəzər konvensiyasını qəbul edəcək:
“Bildiyiniz kimi, Azərbaycan, Qazaxıstan və Türkmənistanın dünya okeanına çıxışı yoxdur. Lakin bu çıxış Rusiya və İran vasitəsilə mümkün ola bilər. Bu ölkələr də bu istiqamətdə öz tərəfdaşlıqlarını qonşu ölkələrə də təqdim etməkdə israrlıdırlar.
Ümumilikdə, bu məsələnin konvensiyada öz əksini tapması müsbət haldır. Çünki Xəzər dənizi üzrə danışıqlar artıq başa çatıb. Konvensiya üç ölkə tərəfindən ratifikasiya olunub.
Ümid edirik ki, sentyabr ayında Rusiya Dövlət Duması və Federasiya Şurası tərəfindən bu konvensiya öz təsdiqini tapacaq. Düşünürəm, artıq bundan sonra estafet İranda qalır. İnanıram ki, İran da öz rolunu lazımi istiqamətdə oynayacaq”.
Könül Cəfərli
"İran" teqi üzrə xəbərlər
- İran Rusiyaya nota verdi: Kazan şəhərində həbs edilən tələbələr azadlığa buraxıldılar
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- İran prezidenti özünə köməkçi təyin etdi
- Xameneinin daha bir "X" hesabının fəaliyyəti məhdudlaşdırıldı