Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Üç deputat Mərakeşə gedir
ATƏT Parlament Assambleyasının (ATƏT PA) payız sessiyası oktyabrın 4-dən 6-dək ilk dəfə olaraq Mərakeşdə keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, iclasda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, o cümlədən, qurumdakı Azərbaycan nümayəndə heyətinin digər üzvləri Ülviyyə Ağayeva və Tahir Mirkişili iştirak edəcəklər.
Öncə “Şimal-Cənub əməkdaşlıq modelləri və qloballaşan dünyada Aralıq dənizi regionun iqtisadi əlaqələri” mövzusunda Aralıq dənizi Forumu keçiriləcək.
Sonra “Avro-Aralıq dənizi regionunda təhlükəsizliyin təşviqi: ATƏT və tərəfdaşlarının rolu” mövzusunda parlament konfransı öz işinə başlayacaq. Hər iki tədbirdə dünyadakı siyasi durumun aktual məsələləri müzakirə olunacaq.
Daimi Komitənin iclasında ATƏT PA-nın sədri Georgi Seretelinin və Baş katibi Roberto Montellanın, NATO PA-nın sədri Madlen Munun çıxışları dinləniləcək.
Beynəlxalq siyasətin cari məsələlərinə nəzər salınacaq. Qurumun xüsusi komitə və xüsusi nümayəndələrinin fəaliyyətinə dair məruzələr oxunacaq.
Mərakeşdə sessiya çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 7-ci iclası keçiriləcək, cari məsələlərə baxılacaq.
Milli Məclisin deputatları müzakirələrdə yaxından iştirak edəcəklər.
Səfər oktyabrın 8-də başa çatacaq.
Aqşin Kərimov
"Mərakeş" teqi üzrə xəbərlər
- Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak edib
- Fransa müstəmləkələrindən əl çəkmir: Makron və xanımı Mərakeşə "qarmaq atır"
- Prezident İlham Əliyev Mərakeş kralını təbrik edib
- Paris-2024: İlk oyun günündə 16 futbol komandası üz-üzə gələcək - AFİŞA
- Daha bir ölkə ilə viza tələbi ləğv edilib