Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Vilayət Eyvazovdan qərar - Nazir müavinləri qarşısında yeni tələb qoyuldu
“Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.
Qərarla təlimata 3.2-2-ci bənd əlavə olunub.
Yeni bənddə göstərilib ki, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır.
Lakin hadisə yerinə baxışın keçirilməsinə, müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna təşkil edir.
Həmin məlumat üzrə əməliyyat-istintaq qrupu hadisə yerinə dərhal çıxır və müraciət edən şəxsin məlumatına əsasən yerində (hadisə yerində, yaşadığı və ya olduğu ünvanda) şifahi ərizə protokolu tərtib olunur.
Şəxs yazılı müraciət etmək istədikdə ərizəsi alınır. Şəxs məlumat verməkdən və ərizə yazmaqdan imtina etdikdə bu barədə protokol tərtib olunur. Həmin protokolda şəxsin məlumat verməkdən və ərizə yazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır. Bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport və protokol araşdırma materialına əlavə olunur.
Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir.
Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavinlərinə həvalə olunub.
Qərar noyabrın 13-dən qüvvəyə minib.
Aqşin Kərimov
"Vilayət Eyvazov" teqi üzrə xəbərlər
- Güclü yağışın fəsadları ilə bağlı Nazirlər Kabinetində iclas - Yekun qərarlar veriləcək
- Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
- Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
- Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək
- Vilayət Eyvazov TDT üzv dövlətlərin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib