İranşəhr bölgəsindən daxil olan məlumatlara əsasən, təxminən iki saatdır şəhərin Qəribabad bölgəsində hərbçilərlə silahlı şəxslər arasında şiddətli toqquşmalar davam edir.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Yerli mənbələrin məlumatına görə, insident bölgəsinə silahlı qüvvələrə məxsus onlarla avtomobil və bir ədəd döyüş tankı cəlb edilib.
Atışma zamanı yüngül və yarımağır silahlardan istifadə olunur. Həmçinin hərbi qüvvələrin drondan istifadə etdiyi bildirilir.
Hadisə yerinə aparan bütün yollar hərbçilər tərəfindən bağlanıb.
İranın İranşəhr bölgəsində atışma səsləri eşidilir.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilir ki, "Ceyş əl-Ədl" silahlı qruplaşması İranşəhrin daxilinə doğru hərəkət edir.
Məlumata görə, toqquşmalar zamanı silahlı şəxslərə qarşı mübarizə aparmaq üçün zirehli maşınlar və pulemyotlarla təchiz olunmuş qruplar göndərilib.