Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İranda polislər güllələndilər: Ölən və yaralananlar var
"Ceyş əl-Ədl" qruplaşması İranda polis avtomobillərinə hücumda məsuliyyəti öz üzərinə götürüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Qrup bunu "İran təhlükəsizlik qüvvələrinin etnik bəluclara qarşı son hücumuna" cavab adlandırıb.
İranda polislər güllələniblər. Onlar arasında ölənlər və yaralananlar var.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, hadisə İranşəhr şəhərinin Çahcəmal bölgəsində baş verib. 12-ci polis bölməsinə məxsus avtomobil naməlum silahlılar tərəfindən atəşə tutulub. Avtomobildə olan çavuş Hüseyn Teymuri ölüb, digər iki polis isə yaralanıb.
Yaralıların vəziyyəti haqqında məlumat verilməyib.