Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Pakistan və İran Sistan və Bəlucistan əyalətinə birgə hava hücumları həyata keçirdi
İran hərbçiləri Pakistan HHQ ilə birlikdə ölkənin Sistan və Bəlucistan əyalətində etnik bəluclardan ibarət "Ceyş əl-Ədl" silahlı qruplaşmasına qarşı hücumlar həyata keçiriblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, əməliyyat Səravan şəhərinin sərhəd bölgəsində baş tutub.
Məlumata görə, hava hücumları zamanı "Ceyş əl-Ədl" qruplaşmasının 12 üzvü ölüb, dördü isə yaralanıb. Ölənlər arasında qruplaşmanın iki komandirinin də olduğu bildirilib.
"İran-Pakistan münasibətləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar