Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kimyəvi silahların qadağan edilməsi ilə bağlı qanun layihəsi - DETALLAR
Milli Məclisdə müzakirəyə çıxarılacaq “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsinin təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə məlumat verib.
Deputat xatırladıb ki, Azərbaycan “Kimyəvi silahların hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya qoşulub.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan bu Konvensiyaya uyğun olaraq, özünün milli qanununu qəbul edir.
“Yeni qanun layihəsi beş maddədən ibarətdir. Layihə Konvensiyanın tələblərinin əsas götürüldüyünü elan edir”, - deyə A.Mirzəzadə əlavə edib.
Millət vəkili bildirib ki, sənədə əsasən, kimyəvi silahların komponentlərinin hər hansı formada istehsalı qadağan edilir:
“Layihədə göstərilib ki, bunun üçün xüsusi təftiş qrupu yaradılır. Hər il bu məsələ ilə bağlı beynəlxalq təşkilata hesabat verilməsi də nəzərdə tutulur”.
Deputat söyləyib ki, qanun layihəsində kənd təsərrüfatında, sənayedə, tibdə kimyəvi silahlara aid edilməyən maddələrin və komponentlərin istehsalına qadağa qoyulmur.
“Dinc məqsədlər üçün istehsalla hərbi istehsal arasında qəti sədd çəkilir. Azərbaycan bununla bağlı öz üzərinə ciddi hüquqi öhdəlik götürüb. Bu məsələnin Azərbaycan ərazisində nəzarətə götürülməsinə xüsusi dövlət qurumu nəzarət edəcək”, - deyə A.Mirzəzadə qeyd edib.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ