Ağdaş rayonunda baş verən silahlı insidentin təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə sentyabrın 17-də rayon ərazisində əkin sahəsində baş verib. Ağdaşın tanınmış iş adamı Məhəmməd Əliyevin nəvəsi, 2012-ci il təvəllüdlü M.Əliyev çöldə atasına məxsus tir tüfəngi ilə çöl heyvanları ovlamaq istəyib. Bu vaxt tüfəngdən atəş açıb və güllə sahədə işləyən rayon sakini, 51 yaşlı qadının qarın nahiyəsinə dəyib. Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Samir Əli
Ağdaşda silahlı insident baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib.
Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib.
Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib.
Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə. Ağdaşda tanınmış sahibkar olan Məhəmməd Əliyevin nəvəsidir.
