Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: “Azərbaycan sədrliyi dövründə mühüm məsələlər təqdim edəcək”
“Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlər arasında çox böyük nüfuz qazanıb. 2019-cu ildə Azərbaycan bu təşkilata sədr oldu. Üç il sədrliyi müddətində ölkəmiz Qoşulmama Hərəkatının strateji xəttini müəyyənləşdirəcək”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Qoşulmama Hərəkatının Təmas Qrupu formatındakı Zirvə görüşünü şərh edərkən deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə müzakirələr üçün mühüm məsələləri təqdim edəcək.
Onun fikrincə, Zirvə görüşü dünyanı narahat edən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanları yaradıb.
“İlk növbədə koronavirus təhlükəsi problemi müzakirəyə çıxarıldı. Cənab Prezident Azərbaycanın koronavirus pandemiyasına qarşı gördüyü tədbirlər barədə ətraflı danışdı.
Dövlət başçısı Qoşulmama Hərəkatına üzv dövlətlərin koronavirusla mübarizədə həmrəylik göstərməsinin, bir-birinə dəstək olmasının vacibliyini xüsusi vurğuladı”, - deyə A.Mirzəzadə əlavə edib.
Deputat hesab edir ki, Qoşulmama Hərəkatı çərçivəsində koronavirusa qarşı mübarizə yolunun müəyyənləşdirilməsi Azərbaycanın nüfuzlu dövlət olmasının göstəricisidir.
Xatırladaq ki, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunublar.
Aqşin Kərimov
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR