Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hikmət Hacıyev: “Azərbaycan məsələ qaldırıb, qarşı tərəfdən reaksiya gözləyir” – ÖZƏL
“ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunda formatın dəyişdirilməsi məsələsi müzakirə mövzusu deyil”.
Bunu Oxu.Az-a açıqlamasında Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
ATƏT-in Minsk Qrupunun 11 üzvü var. Rusiya, ABŞ və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.
Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Azərbaycan və Ermənistan isə Minsk Qrupunun digər üzvləridir.
H.Hacıyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətinin effektivliyi artırılmalıdır.
Prezidentin köməkçisi söyləyib ki, həmsədrlər mandatlarının əsaslarını təşkil edən sənədlər əsasında fəaliyyət göstərməlidirlər.
H.Hacıyev Minsk Qrupuna üzv dövlətlərin hamısının iştirakı ilə iclasın keçirilməsinin vacibliyinə də toxunub.
“Bu iclas ona görə vacibdir ki, Minsk prosesində iştirak edən hər bir dövlətin qənaət və fikri ifadə olunsun”, - deyə, H.Hacıyev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan ictimai müstəvidə Minsk Qrupunun geniş tərkibdə iclasının keçirilməsi məsələsini qaldırıb və qarşı tərəfdən reaksiya gözləyir.
Aqşin Kərimov
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
- Almaniyada Yeni il gecəsi fişəng partlayışları faciə ilə bitib: Ölənlər və yaralananlar var