Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhədəki vəziyyətlə əlaqədar Azərbaycan xalqına müraciət edib.
Prezident İlham Əliyev bilidirib ki, bu gün səhər saatlarında Ermənistan Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub.
Prezident deyib ki, düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var.
“Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq”,-deyə Prezident əlavə edib.
Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir:
“Bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikası sıradan çıxarılıb”.
Aqşin Kərimov