“Türkiyə Azərbaycanın haqlı mövqeyinə açıq, birmənalı dəstək göstərib. Buna görə qardaş ölkəyə təşəkkür edirik”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov xarici ölkələrin Azərbaycandakı səfirləri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, cəbhədə yaranmış vəziyyətlə əlaqədar bir çox ölkələrlə telefon danışıqları aparılıb.
C.Bayramov həmin danışıqlar barədə əlavə məlumatlar veriləcəyini də deyib.
Aqşin Kərimov