29 
Sen
2020
12:20
1803
41
9086
Virtual karabakh

Anar Eyvazov: “Hərbi Hava Qüvvələrimiz düşmənin zirehli texnika və artilleriyadan ibarət kolonu məhv edib”

29 Sen, 2020
12:20
9086

Anar Eyvazov: “Hərbi Hava Qüvvələrimiz düşmənin zirehli texnika və artilleriyadan ibarət kolonu məhv edib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun sərrast artilleriya atəşi nəticəsində düşmən bölmələri ağır itkilərə məruz qalıb:

“Ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolon və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycanın Hərbi Hava Qüvvələrinin Aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri