Noy
2020
23:22
2231
43
5576
Virtual karabakh

Fuat Oktay: “Ehtiyac olarsa, bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik”

6 Noy, 2020
23:22
5576

Fuat Oktay: “Ehtiyac olarsa, bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin vitse-prezidenti Fuat Oktay növbəti dəfə Türkiyənin Azərbaycana dəstəyini ifadə edib.

Türkiyə Prezident Administrasiyası nəzdindəki Müdafiə Sənayesi Nazirliyinin quruluşunun 35-ci ili ilə əlaqədar keçirilən tədbirdə çıxış edən F. Oktay bildirib ki, hər zaman Azərbaycanın mübarizəsinə dəstək verməyə hazırdırlar:

“Müdafiə ehtiyaclarımızı milli imkanlarımızla qarşılamaqla bərabər, dost və müttəfiq ölkələrin də ehtiyacını ödəyirik. Bunun ən bariz nümunəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqları uğrunda apardığı haqlı mübarizə üçün istifadə etdiyi İHA və SİHA-larımızıdır”.

“Türkiyə olaraq bütün qəlbimizlə Azərbaycanın topraqlarını işğalçı Ermənistandan geri almaq üçün apardığı mübarizəsini dəstəkləyirik. Ehtiyac olduğu halda bütün müdafiə imkanlarımızı Can Azərbaycanla bölüşməyi davam etdirəcəyik”, - deyə vitse-prezident bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri