Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı - VİDEO
Milli Məclisin iclasında deputat Rüfət Quliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini tənqid edib.
Oxu.Az-ın məlumatına əsasən, R.Quliyev bildirib:
“Mənə xəstə insanlardan biri müraciət etdi. Ona yardım etməyə çalışdım, agentliyə müraciət etdim. Onlar kömək edəcəklərini bildirdilər”.
Millət vəkili qeyd edib ki, xəstə insana əməliyyatına iki gün qalmış problemlər çıxdığını bildiriblər.
“İki ay müddətində bu agentlik bir problemi həll edə bilmədimi?! Təəssüflər olsun ki, həmin adam bu yaxınlarda vəfat etdi”, - deyə R.Quliyev əlavə edib.
Onun sözlərinə görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin araşdırılmasına ehtiyac var:
“Bu qurum barədə yoxlamalar aparılmalıdır, fəaliyyəti araşdırılmalıdır”.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçiliblər
- Fariz İsmayılzadə Böyük Britaniyada işgüzar səfərdə olub
- Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir
- Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi bağlamaq üçün yalnız bir dəfə uçota alınacaq
- Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək