Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı qaldırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Daxili İşlər və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlandılar
- Azərbaycanda ana azyaşlı qızını naqillə döyürmüş: Qadının kimliyi məlum oldu
- Bakıda marketlərə qənim kəsilən şəxslər SAXLANILDILAR - ANBAAN VİDEO
- 16 milyon manatlıq qaçaqmal, Xəzərdə keçirilən əməliyyatlar - DSX aylıq məlumatları paylaşdı
- Sumqayıtda TƏHLÜKƏ: Sakinlərə bıçaqla hücum EDİLİR - İDDİA