Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fariz İsmayılzadə Böyük Britaniyada işgüzar səfərdə olub
Milli Məclisinin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Fariz İsmayılzadə Böyük Britaniyanın London şəhərinə yanvarın 17-21-də işgüzar səfər edib.
Oxu.Az xəbər verir ki, səfər çərçivəsində o, ikitərəfli əlaqələrin və Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra mühüm görüşlər və tədbirlərdə iştirak edib.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iqtisadi əməkdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.
Fariz İsmayılzadə Böyük Britaniya Parlamentində keçirilən "COP29 və iqlim dəyişikliklərinə dair təşəbbüslər: Qeyri-müəyyənlik ilində düşüncələr" mövzusunda panel müzakirəsində iştirak edib.
O, COP29 zamanı Azərbaycanın əldə etdiyi nailiyyətlərdən bəhs edib və ölkəmizin qlobal iqlim təşəbbüslərinə sadiqliyini vurğulayıb.
Fariz İsmayılzadə Böyük Britaniyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə də görüşlər keçirib.
Görüşlərdə qlobal təhlükəsizlik, regional inkişaf və Azərbaycanın beynəlxalq çağırışların həllindəki rolu müzakirə olunub.
Fariz İsmayılzadə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyində keçirilən 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib, şəhidlərin xatirəsini yad edib və hadisənin tarixi haqqında çıxış edib.
Həmçinin Fariz İsmayılzadə Varvik Universitetinin nümayəndələri ilə görüşərək Azərbaycan universitetləri ilə akademik və elmi tədqiqat sahəsində əməkdaşlığın inkişafı imkanlarını müzakirə edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir
- Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi bağlamaq üçün yalnız bir dəfə uçota alınacaq
- Mətbuat sahəsində xüsusi xidmətləri olan şəxslərə yubiley medalı veriləcək
- Deputatdan ŞAD XƏBƏR: "Vətəndaşların pensiya kapitalından daha tez istifadəsini təklif edirik"
- Azərbaycanlı deputatlar Belarusda prezident seçkisini müşahidə edəcəklər