Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Fotojurnalistikaya Dəstək Proqramı"nın Təqdimat Mərasimi keçirildi
Azərbaycan Mətbuat Şurasında "Fotojurnalistikaya Dəstək Proqramı" çərçivəsində "Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək" layihəsi çərçivəsində keçirilən təlimin mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az Yenicag.az-a istinadla xəbər verir ki, təlimlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, Mətbuat Şurası və "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu, "Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgər, "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı və digər qonaqlar layihənin əhəmiyyətindən danışıblar, iştirakçılara fotojurnalistika sahəsində uğur arzulayıblar.
Tədbirin sonunda təlimçilər və iştirakçılar təşəkkürnamə və sertifikatlarla mükafatlandırılıblar.
Təqdimat mərasimi xatirə şəkli ilə öz işini yekunlaşdırıb.
Qeyd edək ki, "Fotojurnalistika sənətinin yaradıcı sənaye obyekti kimi kommersiyalaşdırılmasına dəstək" layihəsi çərçivəsində fotojurnalistika üzrə mütəxəssislər Mirakif Babayev, Aygün Qurbanlı, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, tanınmış fotoqraf Vüqar İbadov, "Anadolu" Agentliyinin əməkdaşları Ruslan və Rəsul Rəhimovlar, və "Röyters" Agentliyinin əməkdaşı Əziz Elxanoğlu gənc jurnalistlər və BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə fotojurnalistikanın sirləri, beynəlxalq təcrübə və yaradıcı sənət olaraq kommersiyalaşdırılması mövzusunda təlimlər keçiblər.
"Mətbuat Şurası" teqi üzrə xəbərlər
- Aqil Ələsgər səkkiz ölkənin mediasına COP29 barədə danışdı
- Hacıbəy Heydərli: "Sosial mediada yayımlanan məlumatlara şübhə ilə yanaşmaq lazımdır"
- "Fakt yoxla" platformaları yanlış informasiyalar yayır? – Mətbuat Şurasından AÇIQLAMA
- Azərbaycanda qəzet rəhbəri həbs olundu
- Mətbuat Şurası: Seçki ilə bağlı jurnalistlərdən "qaynar xətt"ə müraciət daxil olmayıb
Rəylər