Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Təhsil nazirinə yeni hüquqlar verildi
Təhsil nazirinin hüquqları artırılıb.
Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Təhsil naziri nazirliyin tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olacaq. Başqa sözlə, nazir tabeliyindəki təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev: "Ümid edirəm ki, Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq"
- Prezident: "Gələn il Qarabağ və Şərqi Zəngəzura qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq"
- Prezident: "Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb"
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib - TAM MƏTN
- Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib