31 
Mar
2022
10:30
218
16
11740
Virtual karabakh

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlandı - SİYAHI + VİDEO

31 Mar, 2022
10:30
11740

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlandı - SİYAHI + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işləri davam etdirilir.

Bu barədə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir.

Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcəkdir.

Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər (siyahı əlavə edilir) Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb. 

Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində
itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı

N: Soyadı, adı və atasının adı               Təvəllüdü            İtkin düşdüyü tarix

1. Abdullayev Əlibala Teyyub oğlu          27.02.1972         19.09.1992
2. Ağayev Arzu Nazir oğlu                      16.12.1973         24.01.1993
3. Allahverdiyev Baba Müseyib oğlu       13.11.1971         28.10.1992
4. Allahverdiyev Əhməd Ənvər oğlu        30.04.1974        19.01.1993
5. Bağırov Baləddin Yusif oğlu                19.11.1972         18.09.1992
6. Basenşpiler Mixail Arifoviç                   04.02.1963        19.09.1992
7. Baxışov Xəlil Salman oğlu                   01.07.1965        28.09.1992
8. Bədirxanov Mehman Əhməd oğlu       27.02.1957        19.09.1992
9. Behbudov Əli Durmuşəli oğlu              01.06.1971        19.09.1992
10. Cəbrayılov İlham İbrahim oğlu          17.01.1973         19.09.1992
11. Cəfərov Mehman Əbdülrəhman        28.01.1968         20.01.1993
12. Cəfərov Sənan Vəli oğlu                   05.08.1972         25.01.1993
13. Dadaşov İlham Adil oğlu                   19.06.1973         19.09.1992
14. Eminov Mehman Bəhram oğlu          01.03.1974         25.01.1993
15. Eyvazov Məsud Eynulla oğlu            08.12.1972         19.09.1992
16. Əhmədov Faiz Mahmud oğlu            15.10.1956         20.01.1993
17. Əliməmmədov Vahid Zəbişah            07.11.1971        13.11.1992
18. Əliyev Hidayət Kamal oğlu                 01.02.1973        27.10.1992
19. Əliyev İlqar Hidayət oğlu                    01.12.1972        24.01.1993
20. Əmiraslanov Bəxtiyar Cahid oğlu       11.09.1971        29.10.1992
21. Əsgərov Bəxtiyar Ağabala oğlu          25.01.1973       19.09.1992
22. Əzizov Pərviz Bayramqulu oğlu         18.12.1969        28.10.1992
23. Fərzəliyev Vidadi Molut oğlu               01.06.1962       25.01.1993
24. Həbibov Elnur Paşa oğlu                    21.12.1973       26.01.1993
25. Həsənov Eldəniz İlyas oğlu                17.12.1969       01.01.1993
26. Hüseynov Cəsarət Binnət oğlu           01.11.1973       27.10.1992
27. Hüseynov Hüseyn Əhməd oğlu          21.06.1935      19.01.1993
28. Hüseynov Vüqar Cavanşir oğlu          31.05.1973      19.09.1992
29. Hüseynov Vüqar Tahir oğlu                09.07.1973       25.01.1993
30. Hüseynov Xəqani Saleh oğlu            10.06.1970        28.10.1992
31. İbadov Maarif Məhiş oğlu                  18.05.1971        29.09.1992
32. İbrahimov Kərəm Hümbət oğlu          05.05.1972       28.10.1992
33. İsmayılov Tahir İsa oğlu                     19.01.1965       30.10.1992
34. İsrafilli Həsən Hüseyn oğlu                05.03.1958       18.06.1992
35. Kərimov Xaləddin Telman oğlu          09.11.1968        27.10.1992
36. Qəhrəmanov Vidadi İslam oğlu         30.03.1971        19.01.1993
37. Qəhrəmanov Qəhrəman Süleyman   05.03.1973       30.09.1992
38. Qubadov Vüqar Hicran oğlu              07.02.1973        19.09.1992
39. Qurbanov Natiq Mirzəli oğlu             16.02.1970         30.10.1992
40. Qurbanov Rasim Fikrət oğlu             19.12.1972         28.10.1992
41. Qurbanov Şaban Qulu oğlu               08.11.1972        28.10.1992
42. Məmmədov Elman Nurəddin             25.08.1970        11.02.1993
43. Məmmədov Faiz Kərim oğlu             14.09.1971         29.10.1992
44. Məmmədov İlqar Nuru oğlu               01.07.1961        26.01.1993
45. Məmmədov İlqar Şirzal oğlu              08.09.1971        19.09.1992
46. Məmmədov Mehman Tofiq oğlu        15.04.1972        19.09.1992
47. Məmmədov Pərviz Aşralı oğlu           04.05.1973        27.10.1992
48. Mənsimov Rüstəm İsrafil oğlu           01.07.1970        28.10.1992
49. Mirzəyev Araz Seyfəddin oğlu           28.07.1973         25.01.1993
50. Muxtarov Aydın Şaban oğlu              29.05.1974         24.01.1993
51. Namazov Pəhlivan Elman oğlu         29.12.1969        19.01.1993
52. Namazov Elçin Mahmud oğlu           13.09.1962         30.10.1992
53. Nyuneçkin Vladimir Anatolyeviç        03.02.1961         28.10.1992
54. Orucov Kamran Niyətulla oğlu          27.01.1974        19.09.1992
55. Ömərov Nizaməddin Məcid oğlu       09.10.1974       21.01.1993
56. Salmanov Sahib Salman oğlu          16.04.1973        28.10.1992
57. Səmədov Hümbət Əhəd oğlu           04.12.1966       13.06.1992
58. Svanidze Məhəmməd Fəzli oğlu      18.04.1974        22.01.1993
59. Şirinov Zahid Əsədulla oğlu             31.08.1971         20.09.1992
60. Tarverdipur Elşad Hüseyn oğlu       18.03.1971         28.10.1992
61. Təsəlliyev Aqil Böyükağa oğlu        02.02.1973         25.01.1993
62. Zeynalov Bədəl Babası oğlu           19.11.1973         25.01.1993

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri