26 
Okt
2023
19:18
150
7
1111
Virtual karabakh

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

26 Okt, 2023
19:18
1111

Ermənistanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistanın Rusiyadakı müvəqqəti işlər vəkili erməni KİV-lərinin yaydığı materiallarla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Erməni diplomatın diqqətinə Rusiya rəhbərliyinin, diplomatlarının və erməni xalqının təhlükəsizliyi üçün öz həyatlarını riskə atan, hətta qurban verən sülhməramlıların ünvanına erməni KİV-lərində qərəzli materiallar yayımlandığı çatdırılıb”, - deyə o, bildirib.

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın informasiya məkanında Rusiya əleyhinə kampaniyanın qəbuledilməz olduğunu vurğulayıb.

Mənbə: M24.ru

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri