28 
Noy
2023
17:44
79
10
1545
Virtual karabakh

Qarabağ Universiteti ümumi təhlükəsizlik mənzərəsinin bir hissəsi kimi - ŞƏRH

28 Noy, 2023
17:44
1545

Qarabağ Universiteti ümumi təhlükəsizlik mənzərəsinin bir hissəsi kimi - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Xankəndi şəhərində Elm və Təhsil Nazirliyinin tabeliyində olan “Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılması barədə sərəncam imzalayıb.

Sərəncamda xatırladılır ki, Qarabağ regionunda ali təhsil ənənəsi tarixən mövcud olub.

Burada ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Qarabağ Universitetinin yaradılması işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını kadr əsaslı təyinatlarla yüksəltməyə hesablanıb.

Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini yaradırdı. Bu zərurətin ali təhsil səviyyəsindəki ilkin ehtiyac Qarabağ Universitetinin yaradılması ilə qarşılanır və gələcəkdə oxşar tədbirlərin həyata keçirilməsinə şahidlik edə bilərik.

Prosesin, təbii ki, sülh və təhlükəsizliyi əhatə edən tərəfləri də olmamış deyil. Belə ki, Azərbaycan Qarabağda universitet yaratmaqla regionun ağlabatan bir tərzdə, sülh və təhlükəsizlik şəraitində inkişafında maraqlı olduğuna bir daha vurğu edir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilər üzrə planlarının mərkəzinə təhsil prioritetlərini daşıması onun niyyətlərindəki səmimiliyi göstərir.

Yəni sülh və təhlükəsizlik münasibətlərinin təhsillə əlaqələndirilməsi beynəlxalq ictimaiyyət üçün verilən ciddi bir siqnaldır.

Deməli, Qarabağ Universitetinin perspektiv üçün hədəfləri çoxvektorlu siyasətin tərkibində yer alır. Çünki o, Azərbaycanın ardıcıl və sistemli şəkildə yaratdığı ümumi təhlükəsizlik mənzərəsinin mühüm bir hissəsini təşkil edir.

Həm də ona inamı aşılayır ki, regionda xarici investorlar üçün yeni imkanlar açılır və regionun inkişafına xarici tələbələr siyahısından çıxacaq məzunlar da öz töhfəsini verə bilərlər.

Demək istəyirik ki, Qarabağ Universitetində xarici tələbələr oxusalar, bu, onların mənsub olduğu ölkələrin regiondakı təhlükəsizlik məsələlərində Azərbaycana dəstək olmalarına gətirib çıxaracaq.

Üstəgəl, gələcəkdə xarici vətəndaşların Füzuli, Zəngilan beynəlxalq hava limanlarına və tikilməkdə olan Laçın aeroportuna turizm əsaslı giriş-çıxışlarını çoxaldacaq.

Bunlar Azərbaycanın regionda ona qarşı olan qüvvələrə qarşı institusional əsaslı əks-həmlələrinin barometridir.

Bu barometrin dayanıqlı və əbədi olması üçün Qarabağ Universitetini dünyasəviyyəli ali təhsil müəssisəsinə çevirmək üçün ciddi təhlillər aparılmalıdır.

Yəqin ki, hökumətin masasında belə bir plan mövcud olacaq.

NƏTİCƏ:

1. Qarabağda universitet yaradılması Bakının Cənubi Qafqazda legitimlik və güc proyeksiyası axtarışında faydalı rol oynayır.

2. Regionda iqtisadi, turizm canlanmasına cəlb edilmək tendensiyaları çoxalır və bazarlarda Azərbaycan üçün əlavə bonuslar yığılır.

3. Regiona kənar təsirlərin müdaxilə etmək iqtidarı yoxdur, onlar yalnız iqtisadi-siyasi, təhsil, turizm sahələrində əməkdaşlıq etməyi düşünməlidirlər.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri