“BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib”.
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, münaqişənin əvvəlində bitərəf qalan bir çox ölkə də sonradan fikrini dəyişərək Fələstinin yanında yer alıb:
“ABŞ-nin isə artıq BMT-də Qəzza ilə bağlı qərarların qarşısında yer almamağını istəyirik. Fələstinlilərə qarşı zülm sona çatmalıdır”.
![](https://img.youtube.com/vi/O0FZQzlGnNI/sddefault.jpg)
Hakan Fidan: “Son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib” - VİDEO
Aysel Aslan