29 
Yan
2024
21:11
184
214
1142
Virtual karabakh

Corc Dik: “Hər bir İsrail vətəndaşı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik” - MÜSAHİBƏ

29 Yan, 2024
21:11
1142

Corc Dik: “Hər bir İsrail vətəndaşı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər bir İsrail vətəndaşı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik”.

Bu fikirləri İsrailin ölkəmizdəki səfiri Corc Dik AZƏRTAC-a müsahibəsi zamanı deyib.

Səfir Holokost faciəsi, Azərbaycanın multikultural dəyərləri, İsrail-Fələstin münaqişəsi, bəzi beynəlxalq təşkilatların və ölkələrin Azərbaycana qarşı təzyiqi ilə bağlı danışıb.

- Cənab səfir, Holokost həm dünya, həm də yəhudi xalqının tarixində dəhşətli faciələrdən və ağır yaralardan biri kimi qalmaqdadır. Eyni zamanda, hazırda dünyada antisemitizm, islamofobiya amilləri çoxalıb. Bununla bağlı nə deyə bilərsiniz?

- Hər il dünyada yanvarın 27-də Holokost qurbanlarının xatirəsi anılır. Azərbaycan antisemitizmin və islamofobiyanın qarşının alınması istiqamətində inadla mübarizə aparır. Azərbaycan nadir ölkələrdən biridir ki, burada antisemitizmdən söhbət gedə bilməz. Multikulturalizmin hakim olduğu bu ölkə dünyanın digər dövlətləri üçün gözəl bir nümunədir. Burada Holokost qurbanlarının xatirəsi hər zaman ehtiramla yad olunur. Yəhudilər Azərbaycanda öz milli geyimlərində sərbəst gəzmək imkanına malikdirlər. Halbuki bir çox Avropa ölkəsi Holokost faciəsini rəsmi qaydada qeyd etməkdən çəkinir. Azərbaycan nadir ölkələrdəndir ki, hər zaman İsrailə xoş münasibət göstərir, Holokost faciəsini hər il qeyd edir.

Təəssüf ki, dünyada hələ də yəhudi xalqına qarşı kin və nifrət hissləri bəslənilir. Bunu Fransa və digər ölkələrdə baş verən hadisələr də təsdiqləyir. Yəhudilərin yaşadıqları evlərin işarələnməsi heç bir məntiqə sığmır. Sanki keçmişə qayıdırıq.

- Son vaxtlar bəzi beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Azərbaycana qarşı təzyiqlər gücləndirilir. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi, səsinin dondurulması ilə bağlı nə deyə bilərsiniz?

- Son dövrlərdə baş verən hadisələri yaxından izləyirəm. Beynəlxalq təşkilatların, bəzi ölkələrin Azərbaycana təzyiqinin şahidi oluruq. Biz bunu qəti şəkildə qınayır və pisləyirik. Məsələ burasındadır ki, İsrail də mütəmadi olaraq təzyiqlərə məruz qalır. Çox təəssüf ki, iki ölkə olaraq eyni taleyi yaşayırıq.

Ümid edirik ki, təzyiqlərdən müdafiə olunmağın mexanizmlərini, yollarını müəyyənləşdirib birgə irəli addımlaya biləcəyik.

- Cənab səfir, müharibə və münaqişə ağır prosesdir. Bəzən istəməsək də, bu prosesə qoşulmalı oluruq. Necə düşünürsünüz, Yaxın Şərqdə baş verən münaqişənin həlli imkanları varmı və müharibəyə nə vaxt son qoyula bilər?

- İsrail hökuməti Fələstin xalqı ilə deyil, HƏMAS terror təşkilatı ilə müharibə aparır və xatırladım ki, ilk hücumu onlar başlayıblar. Onlar xəbərdarlıq etmədən İsrailin dövlət sərhədini pozublar, qadınlara təcavüz edilib, uşaqlar öldürülüb.

Biz sivil ölkənin vətəndaşlar kimi təbii ki, müharibənin dayandırılmasını, sülh olmasını istəyirik. Amma bunun üçün vətəndaşlarımızın təhlükəsizlik şəraitində yaşamalarına təminat olmalıdır. Hər bir İsrail vətəndaşı - kişisi, qadını, uşağı evində rahat otura bilənədək mübarizəmizi davam etdirəcəyik.

Sivil insanlar bəşəriyyət qarşı olan hərəkətlərin, müharibələrin, qətliamların əleyhinədir. Amma nə edəsən ki, bunu istəyən, çaxnaşma yaratmaqdan həzz alan qüvvələr var.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri