Fev
2024
22:56
179
14
2168
Virtual karabakh

Xankəndi ilə Şuşanı birləşdirən Ağa körpüsü - VİDEO

6 Fev, 2024
22:56
2168

Xankəndi ilə Şuşanı birləşdirən Ağa körpüsü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ xronikası” verilişinin 131-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Xankəndi ilə Şuşanı birləşdirən, bir çox tarixi hadisələrin iştirakçısı və şahidi olan Ağa körpüsündən bəhs edib.

Qeyd olunub ki, Kəhrab dərəsi üzərində yerləşən bu körpü sovet hakimiyyəti illərində el arasında Gövhər Ağa kimi tanınan Gövhər Nisəbəyim tərəfindən tikdirilib.

Bildirilib ki, separatçılıq və separatçı ideyalarının inkişaf etməsi nəticəsində 1989-cu ildə Ağa körpüsündən hərəkət edən insanlara atəş açılmağa başlanıb:

“Bu səbəbdən Şuşa, Laçın camaatı bu yoldan istifadə etmədilər. Bakıya və digər ərazilərə hərəkət etmək üçün Laçın yolunu seçdilər. Həmin dövrdə də Ağa körpüsü SSRİ silahlı qüvvələrinin gözünün qarşısında partladılır. Burada artıq bir sual yaranır. Erməni separatçıları körpüyə dinamiti SSRİ silahlı qüvvələrinin gözünün qarşısında necə qoyur və necə partladırlar?”

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri