28 
Fev
2024
11:36
45
6
642
Virtual karabakh

Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq foruma qatılacaq

28 Fev, 2024
11:36
642

Azərbaycan Türkiyədə keçiriləcək beynəlxalq foruma qatılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya şəhərində 1-3 mart tarixləri arasında Üçüncü Antalya Diplomatik Forumu (ADF) keçiriləcək.

Qeyd olunur ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında keçiriləcək foruma 100-dən çox ölkədən dörd minə yaxın qonaq qatılacaq.

Bildirilir ki, Üçüncü Antalya Diplomatik Forumunda Azərbaycan, İraq, Macarıstan kimi 60-dan çox ölkə xarici işlər naziri səviyyəsində təmsil olunacaq.

Üçüncü Antalya Diplomatik Forumunun builki əsas mövzusu kimi “Böhranlar dövründə diplomatiyanın irəli çəkilməsi” müəyyən edilib.

Forum çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanın liderlərlə ikitərəfli görüşləri də gözlənilir.

Məlumat üçün əlavə edək ki, Üçüncü Antalya Diplomatik Forumu Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələdən sonra təxirə salınmışdı.

Mənbə: Haber Global

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri