28 
Fev
2024
17:30
108
17
929
Virtual karabakh

Zaxarova: “Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə deyil ki, faktları təhrif edir” - VİDEO

28 Fev, 2024
17:30
929

Zaxarova: “Ermənistan Təhlükəsizlik Şurasının katibi ilk dəfə deyil ki, faktları təhrif edir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş insidentdə Rusiyanı ittiham edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatlarına hiddətini ifadə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

O, Moskvanın bu cür bəyanatları son dərəcə mənfi qiymətləndirdiyini vurğulayıb.

“Təhlükəsizlik Şurasının katibi, məncə, Qərbdə kiminsə xoşuna gəlsin deyə, bəlkə də, Rusiyanı tənqid etmək üçün hansısa səbəb tapmaq və s. üçün ilk dəfə deyil ki, faktları təhrif edir. Nerkin And yaşayış məntəqəsində heç bir rusiyalı hərbçi yoxdur. Orada Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə FTB-nin sərhəd xidməti postu yerləşdirilib, ancaq biz bilirik ki, hazırda Ermənistanda sərhədyanı bölgələrdə təxribatların yaranmasına imkan verməmək barədə əmrin pozulması istiqamətində araşdırma aparılır”, - deyə o vurğulayıb.

Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin Rusiya nümayəndələrini ləkələmək cəhdlərini qeyri-məhsuldar hesab etdiyini vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri