Azərbaycan-Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasının yekunlarına dair protokol imzalanıb.
“Report” xəbər verir ki, sənədi komissiyanın Macarıstan tərəfindən həmsədri, xarici işlər və ticarət naziri Peter Siyarto və Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev imzalayıblar.
S.Babayev vurğulayıb ki, Azərbaycan-Macarıstan əməkdaşlığı ən yüksək səviyyədir:
”Bunu biz bütün sahələrdə görürük. Macarıstan Azərbaycanın ərazilərinin işğalı və azad edilməsindən sonrakı dövrdə Azərbaycanın yanında olub”.
O əlavə edib ki, bununla yanaşı Azərbaycanla Macarıstan arasında enerji sahəsində əməkdaşlıq genişlənir:
“İnvestisiya əlaqələri inkişaf edir. Bu gün ölkələr arasında biznes forumu keçiriləcək, hər iki tərəfdən 60-a yaxın şirkət iştirak edəcək. Bu forum biznes əlaqələrini daha da genişləndirəcək”.
Daha çox şəkil burada: PhotoStock.az