24 
İyn
2022
17:15
146
10
916
Virtual karabakh

Qazilər peşə təhsilini başa vurdular, onlara sertifikatlar təqdim olundu - FOTO

24 İyn, 2022
17:15
916

Qazilər peşə təhsilini başa vurdular, onlara sertifikatlar təqdim olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

EKVİTA və tərəfdaşlarının maliyyə dəstəyi ilə 25 nəfər qazi SƏTƏM və yükqaldırma üzrə 6 aylıq peşə təhsilini başa vurublar. Onlara sertifikatlar təqdim olunub. 

Təqdimat mərasimində millət vəkilləri və bir sıra nüfuzlu qurumların nümayəndələri iştirak ediblər. 

“Hər zaman qeyd etdiyimiz kimi EKVİTA bu kimi layihələrə dəstək olmağa daima hazırdır və digər tərəfdaş şirkətləri də aktiv iştiraka səsləyir”,- deyə EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti öz çıxışı zamanı bildirib.

Qeyd edək ki, layihə çərçivəsində qazilər altı ay ərzində “Kulane” tədris mərkəzində 24 fənn üzrə təhsil alıblar. Vətən müharibəsi iştirakçılarının təhsil xərcləri ilə bərabər nəqliyyat xərcləri də tərəfdaş şirkətlər tərəfindən maliyyələşdirilib. Layihə “Qarabağa Dönüş” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutub.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri