Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırdı - FOTO
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən 2 nominasiya üzrə mükafatlandırılıb.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə “Araz” 2023-cü ildə korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi layihələrə görə - “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” və “Məşğulluq tarixçəsi olmayan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə birinci yerə layiq görülüb.
Şirkət 5 nominasiyada - “Gənclərin (20 yaşadək) məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Əmək və məşğulluq" altsistemi üzərindən ən çox işəqəbul edən ən aktiv sosial tərəfdaş”, “Əmək və məşğulluq" altsisteminə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaş” və “Məşğulluq orqanında 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyaları üzrə ikinci yerdə qərarlaşıb.
Mükafatlandırma mərasimində, həmçinin “Araz” supermarketlər şəbəkəsi 2023-cü ildə həyata keçirilən “Məşğulluğa Dəstək” Korporativ Sosial Məsuliyyət layihəsində aktiv iştirakına görə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi ötən il 3698 qadını işlə təmin edib. Həmçinin 4229 nəfər məşğulluq tarixçəsi olmayan şəxs “Araz”da əmək fəaliyyətinə başlayıb.
Rəylər