2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsi zamanı Azərbaycandakı istifadəçilər daha çox məclislər üçün nəzərdə tutulmuş yeməklər, kombo dəstlər və mövsümi meyvələr sifariş ediblər.
"Wolt" analitikləri yay futbol mövsümünün keçirildiyi dövrü (11 - 21 iyun) turnir başlamazdan əvvəlki eyni müddətlə (31 may - 10 iyun) müqayisə edərək belə bir nəticəyə gəliblər.
Təhlil ölkə üzrə "Wolt" platformasında fəaliyyət göstərən tərəfdaş restoranlara verilən sifarişləri əhatə edib. Bu dövrün ən populyar məhsulu "Whopper" olub - onun sifariş sayı 624% artıb. Məclis üçün nəzərdə tutulmuş təkliflər arasında isə toyuq dönəri ilə kombo dəsti 305%-lik artımla liderlik edib. Ən sürətlə artan sifarişlər sırasında, həmçinin 1 litrlik içki ilə təqdim olunan iki ortaölçülü pizzadan ibarət dəst (+186%) və "Kiçik Klassik Pepperoni + 3 ədəd toyuq qanadı + pendir çubuqları" kombo dəsti (+168%) yer alıb.
Bununla yanaşı, istifadəçilərin ərzaq səbətində də dəyişikliklər müşahidə olunub. Azərbaycanlılar yay mövsümünə xas təzə meyvə və məhsulları daha fəal sifariş ediblər. Nektarin sifarişləri 166%, yemiş və qarpız 130%, qarğıdalı 113%, gilas 112%, şaftalı 84%, dondurma və dondurulmuş desertlər isə 67% artıb. Bu göstəricilər yay mövsümünə xas istehlak üstünlüklərini aydın əks etdirir.
Beləliklə, Azərbaycanda azarkeş süfrəsi həm rəngarəng, həm də yay əhvali-ruhiyyəsini ötürən məhsullarla zəngin olub. İlk oyunlar zamanı sifarişlərin ən intensiv verildiyi vaxt yerli vaxtla saat 19:00-a təsadüf edib. "Wolt"un məlumatına görə, bu dinamika iri idman tədbirlərinin getdikcə daha çox insanı bir araya gətirən sosial hadisəyə çevrildiyini göstərir. Matçları izləyərkən istifadəçilər seçimə və sifarişin təşkilinə daha az vaxt sərf etmək, dostları və yaxınları ilə ünsiyyətə, eləcə də oyunun özünə daha çox vaxt ayırmaq məqsədilə hazır kombo təkliflərinə üstünlük verirlər.
"Wolt" haqqında
"Wolt" müştəriləri, yerli biznesləri və kuryer tərəfdaşlarını bir araya gətirən texnologiya şirkəti və yerli ticarət platformasıdır. Platforma vasitəsilə istifadəçilər restoranlardan hazır yeməklər, ərzaq məhsulları, apteklərdən və mağazalardan müxtəlif məhsulları sifariş edə, yerli bizneslər isə öz məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim edə bilirlər.
2014-cü ildə Finlandiyanın Helsinki şəhərində təsis olunan "Wolt" hazırda 30-dan çox ölkədə və 1 000-dən artıq şəhərdə fəaliyyət göstərir.
"Wolt" dünyanın aparıcı yerli ticarət platformalarından biri olan "DoorDash" şirkətlər qrupunun tərkibinə daxildir. Şirkətin missiyası texnologiya vasitəsilə insanların gündəlik həyatını daha rahat etmək, yerli bizneslərin inkişafını dəstəkləmək və kuryer tərəfdaşları üçün çevik gəlir imkanları yaratmaqdır. Bu gün "Wolt" platformasından dünya üzrə 50 milyondan çox istifadəçi yararlanır.