Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Alla Puqaçova və Maşa Rasputinaya qarşı planlaşdırılmış sui-qəsd cəhdlərinin üstü açıldı
Rusiya şou-biznesinin "xaç atası" ləqəbli iş adamı Gennadi Snustikov "Pust qovoryat" verilişində 90-cı illərdə bəzi şəxslərin müğənnilər Alla Puqaçova və Maşa Rasputinanı öldürməyi planlaşdırdıqlarını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.
Snustikovun sözlərinə görə, müğənnilərin qətli ciddi dairələr tərəfindən sifariş edilib. O, hadisənin motivləri barədə danışmaqdan imtina edib.
"Mən müdaxilə etməli və bunun qarşısını almalı oldum", - deyə Snustikov vurğulayıb.
Qeyd edək ki, 90-cı illərdə Gennadi Snustikov təkcə iş adamı deyil, həm də tanınmış kriminal avtoritet olub. O, dəfələrlə şou-biznes nümayəndələrinin problemlərini həll etməyə yardım edib, eyni zamanda onlara bahalı hədiyyələr bağışlayıb.
Son illərdə isə Snustikov görmə qabiliyyətini itirib və milyonluq sərvətindən heç nə qalmayıb.
"Alla Puqaçova" teqi üzrə xəbərlər
- Puqaçovanın keçmiş əri onun məşhur müğənni İqor Nikolayevə olan marağından danışdı
- Alla Puqaçovanı İsraildə boykot etdilər
- Kirkorov Puqaçova ilə evli olduğu vaxtlardan nifrət etdiyi mahnıdan danışdı: "Studiyada dava etdik"
- Puqaçovanın Moskva ətrafındakı bağ evinə alıcı tapılıb
- Alla Puqaçovanın qəsri "Disneyland"ə çevriləcək?
Rəylər