ATV-nin aparıcısı Fərid Rəsul bu dəfə balıqçı olmaq arzusuna düşüb.
Oxu.Az xəbər verir ki, balıq ovuna düşən məşhur teleaparıcı Neftçala rayonundakı Xıllı Nərə Balıqartırma zavodunda çətin anlar yaşayıb.
Bəs, teleaparıcının toruna qızıl balıq düşdümü?
Bu sualın cavabını bilmək istəyirsinizsə, noyabrın 9-u, saat 17.00-da baxdıqca baxılan ATV-də “İş həmişə var”a baxın.
Verilişin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə