Türkiyəli aktrisa Sinem Kobal Bakıya gəlib.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Kobal gənc azərbaycanlı modelyer Kəmalə İbrahimovanın “deCamie” adlı geyim brendinin ötən gün keçirilən dəfiləsinə qonaq qismində dəvət alıb.
Futbolçu Arda Turanın keçmiş sevgilisinin Bakıda saç və makiyajını stilist Anar Ağakişiyev edib. Sinem onun əl işinə heyran qaldığını bildirib.
Qeyd edək ki, K.İbrahimova Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızıdır.