YouTube-də Azərbaycan Diplomatik Akademiyasının tələbələrinin çəkdikləri videoçarx yayılıb.
Oxu.Az xəbər verir ki, tələbələr və müəllim heyətinin bəzi nümayəndələri Farrel Uilyamsın son vaxtlar populyar olan Happy mahnısının sədaları altında rəqs edərək, eyni zamanda bu tədris müəssisəsinin tələbələri üçün yaradılmış gözəl şəraiti nümayiş etdirirlər.
Videoçarx çox müsbət emosiyalar yaradır və ümumilikdə ADA-da mövcud olan atmosferi göstərir.
Həmin videonu təqdim edirik.