İsveçrədə islamın tanınmasını tələb edirlər.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə islamın ölkə hökuməti tərəfindən rəsmi səviyyədə tanınması haqqında məsələ qaldırıblar.
Hazırda bəzi məlumatlara görə İsveçrədə 400 min müsəlman yaşayır və onlar saylarına görə digər dinlərin nümayəndələri arasında 3-cü yeri tuturlar.
Məlumdur ki, İsveçrənin islam təşkilatları Bazel universitetinin professorlarının birindən dəstək alıblar. Həmin professor bu tələbi qanuni hesab edir.
Buna baxmayaraq, İsveçrənin milli müşavini İv Nidecer hesab edir ki, islamın tərəfdarlarının ardınca digər dinlərin nümayəndələri də tanınmalarını tələb edə bilərlər və bu sonda kantonların milli özünümüəyyənləşdirməsinə təhdid yarada bilər.