Norveçdə yaşayan əslən azərbaycanlı modelyer Şervin Nəcəfpur “Heroine” adlı yeni kolleksiyasını təqdim edib.
Oxu.Az xəbər verir ki, 2016-cı ilin yeni kolleksiyası üçün modelyerin geyimlərini Norveçin ən prestijli “Valkyrje” model agentliyinin modeli və eyni zamanda rəqs xoreoqrafı Nathalie Katralen nümayiş etdirib.
:640.jpg)
Modelyerin hazırladığı yeni koleksiya, dəridən və italian kreptən ibarətdir, eyni vaxtda onun son vaxtlarda Avropada çox populyar olan tülkü kürkü həmin fotosesiyada yer alıb.
:640.jpg)
Layihənin fotoları Norveçin çoxsayılı beynalxalq mükafatlarının sahibi, qrafik dizayneri Edmond Yang, promo videoları isə “A Man Film” şirkəti tərəfindən çəkilib.
:640.jpg)
Hazırda promo videolar İsveçdə yayımlanan EuroAZ TV kanalında yayımlanır.
:640.jpg)
Qeyd edək ki, hazırda Norveçdə Beynalxalq Marketinq özəl univeristənin tələbəsi olan Şervin, 2014-ci ildə Azərbaycanda “Atropatena” adlı ilk moda nümayişini “ADDIM” Gənclər Təşkilatı tərəfindən həyata keçirib.
:640.jpg)
2015-ci ildə “Miss Norveç” yarışmasının iştirakçı və qaliblərini geyindirən və çoxsayılı layihələrə imza atan Şervin, Norveçin populyar brendi və gənc modelyeri sayılır.
:640.jpg)
Yeni “Heroine” kolleksiyası ilə bağlı modelyer Oxu.Az-a açıqlamasında bunları söyləyib:
“Mənim tərzim bir neçə stildən ibarətdir, ancaq dizaynlarımı artıq Norveçin moda sevənləri yaxından tanıyırlar. Sən o “Əlbisə dizayner qızısan” deyə mənə səslənirlər, xüsusilə də Norveçin məşurları.

Qala gecələrində, Norveç gözəlləri geyimlərimi geyinəndə, Şervin Nəcəfpur deyirlər və dəri geyimlərim çox populyar olduğu üçün istədim ki, müştəri kütləmə sürpiz edim. Ona görə 2016-cı ilin əvvəlində yeni kolkesiya təqdim etdim. İnsanlar tərəfindən aldığımız pozitif yanaşma və diqqət bizi çox sevindirir”.
Aytən Sadıqzadə
www.oxu.az