“Cicişlər” ləqəbiylə tanınan Ceyda-Esra Ersoy bacılarının İndoneziyanın Bali adasındakı tətilləri polis bölməsində nəticələnib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, özünün xəbəri olmadan kredit kartından 17 min lirə çəkildiyini iddia edən M.O.adlı iş adamının şikayəti əsasında başladılan istintaq üçün bacılar polis bölməsinə çağrılıblar.
Ceyda Ersoy “model Senem Kuyucuoğlunun qonağı idik. Xərclərdən məlumatımız yoxdur. Təyyarə biletlerimiz alındı və bir neçə gün tətil etdik. Senemin adının bu hadisəyə qarışdığını bilsəydik gitməzdik.
Biz heç kimin kartını istifadə etməmişik. Bütün xərcləri Senem ödəyib. Adımızın belə bir fırıldaqçılıq hadisəsində hallandırılması bizi kədərləndirdi” deyib.