Məşhur müğənni Natəvan Həbibinin tanınmış repçi həyat yoldaşı Səid Əliyev (Dado) sosial media hesabında Əməkdar artist Şəbnəm Tapdığı lağa qoyub.
Oxu.Az xəbər verir ki, Space TV-nin yeni il şənliyinə həsr olunmuş proqramda qonaq olan Şəbnəm SSRİ Xalq artisti Alla Puqaçovanın mahnısını ifa edib.
Həmin anları telefonun kamerasına çəkən Dado Şəbnəm Tapdığın görüntülərini “Instagram” səhifəsində yayımlayaraq, “Puqaçova bu xanımı axtarır” sözlərini yazıb. O, qeyd etdiyi şərhə gülmək işarələri qoyaraq, qarşı tərəfi ələ salmış kimi olub.
İzləyicilərin əksəriyyəti isə “Kömək elə, Alla onu tapsın” yazaraq, məsələyə münasibət bildiriblər.

Rəşad Əliyev